Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi – SƏBƏB

Amerikanın Nyu-York ştatında koronavirusla əlaqədar olaraq fövqəladə vəziyyət elan edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York meri Andryu Kuomo əyalətdə virus daşıyıcısı olan şəxslərin sayının bir gündə iki dəfə artdığına görə fövqəladə vəziyyət elan edib.

Kuomo indiki vəziyyətdə dövlətin yardımına ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Nyu-Yorkda 76 nəfərdə koronavorus tapılıb. Ölkə üzrə isə bu say 377-dir.