Nyu-Yorkda fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Nyu-York ştatının qubernatoru Endryu Kuomo silah istifadəsi ilə bağlı cinayətlərin artması fonunda fövqəladə vəziyyət elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə qubernator öz “Twitter” səhifəsində yazıb.

E.Kuomo bildirib ki, odlu silah istifadə etməklə zorakılıq ictimai səhiyyə sahəsini böhrana aparıb:

“Hazırkı tədbir bu böhrandan çıxmaq üçün lazımi resursları və diqqəti sərf etməyimizə imkan verəcəkdir”.

Ştat hakimiyyəti odlu silahların potensial təhlükəli insanların əlinə keçməsinin və insan alverinin qarşısını almaq üçün səyləri artırmaq niyyətindədir.