!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nyu-Yorkda Qarabağ danışıqları: “Müsbətə doğru heç nə dəyişməyib” - VİDEO

!Reklam – Yazi

15:26

“Nə o bəyanatın məzmunundan, nə də nazirlərin görüşündən real nəticə gözlənilmir”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrləri Endryu Şafer, İqor Popov və Stefan Viskonti ilə Qarabağ münaqişəsinin nizamlanma prosesini müzakirə edib.

Nyu-Yorkda keçirilmiş görüşün mümkün nəticələrini Yenicag.az-a şərh edən politoloq Elxan Şahinoğlu bu mövzuda nikbin fikirlər səsləndirməyə əsas olmadığını deyib:

“Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə apardıqdan sonra yəqin ki, erməni həmkarı ilə də görüşəcək. Yekunda isə həmsədrlərin bəyanatı yayılacaq.

Ancaq açığını deyim ki, nə o bəyanatın məzmunundan, nə də nazirlərin görüşündən real nəticə gözləmirəm. Çünki danışıqlar prosesində irəliyə doğru dəyişən bir şey yoxdur.

Tam əksinə, Ermənistanın ritorikanı sərtləşdirdiyi müşahidə olunur. Belə bir şəraitdə danışıqlardan müsbət nəticə gözləmək əbəsdir”.

Aqil Bəkir

www.yenicag.az

2653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv