ABŞ-ın Nyu-York ştatında terror aktı qeydə alınıb.
Yenicag.az xəbər verir ki, terrorçu yük maşını ilə velosiped yoluna çıxaraq insanların üzərindən keçib. Hadisə nəticəsində 8 nəfər ölüb, 11 nəfər isə yaralanıb.
Nyu-York polisi terroru törədən şəxsin saxlanıldığını bildirib. Xarici KİV-lərin yaydığı məlumata görə, bu, özbək əsilli 29 yaşlı Seyfulla Sailovdur.
Faktla bağlı araşdırma aparılır.