!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O ayaqqabıları niyə bəyənmirlər?” – Prezident məmurları danladı-Video

!Reklam – Yazi

14538029563874028566_1000x669Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.

Prezident İlham Əliyev tədbirdə məmurlara yerli istehsallara üstünlük verməyi tövsiyə edib:

“Ölkədə yüzlərlə mebel şirkəti var. Amma yüksək vəzifəli məmurlarımız bunu bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır”.

Prezident daha sonra qeyd edib ki, bəzi hərbi qurumlar Azərbaycan istehsalı olan ayaqqabıları bəyənmir: “Mənə ölkəmizdə istehsal olunan ayaqqabı göstərdilər. Görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik”.(Qafqazinfo)

https://youtu.be/XCvw4dMFzrU

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv