O Britaniyanın yeni baş naziri təyin edildi

Leyboristlər Partiyasının lideri Kir Starmer Britaniyanın yeni baş naziridir.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Britaniya kralı III Çarlz iyulun 5-də Bukingem sarayında Starmeri qəbul edib və onu baş nazir təyin edib. Monarx Starmeri qələbəsi münasibətilə təbrik edib, həmçinin ondan yeni hökumət qurmağı xahiş edib.

Bundan əvvəl Çarlz III baş nazir Rişi Sunakın istefasını qəbul etmişdi. O, mühafizəkarların məğlub olduğu parlament seçkilərinin nəticələrindən sonra bu vəzifəni tərk edib./unikal

COP29