O da Səudiyyə klubuna keçdi

Belçikalı futbolçu Yannik Karrasko Madridin “Atletiko”sundan Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubuna transfer olunub.

Yenicag.az xəbər verir ki, bu barədə “Transfermarkt” məlumat yayıb.

Transferin məbləği 15 milyon avro olub. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.