Tarixdəki rolu mübahisəli olan İvan Qroznunun (Çar IV İvan) ilk heykəlinin açılışı ciddi narazılıq yaradıb. Belə ki, Rusiyanın Oryol şəhərində qoyulan heykəlin başına torba keçirildi.
Yenicag.az xəbər verir ki, hadisə heykəlin qoyulmasının üzərindən iki həftə keçdikdən sonra baş verib. Yaroslav şəhərindən gələrək, heykəlin başına torba keçirən şəxs də artıq yaxalanıb. Ancaq bütün bunlar İvan Qroznu ilə bağlı mübahisələrin yaxın zamanda bitəcəyindən xəbər vermir. İvan Qroznunun zalımlığından bəhs edənlər onun heykəlinin qoyulmasını həqarət hesab edirlər.
Əkbər/Yenicag.az