Səudiyyə Ərəbistanın İstanbul konsulluğunda qətlə yetirilən Camal Qaşıqçının ölüm əmrini şahzadə vəliəhd Salman bin Məhəmmədin müşaviri Suud el-Kahtani verib.
Yenicag.az xəbər verir ki, bu iddia ilə “Reuters” agentliyi çıxış edib.
Agentliyin iddiasına görə, Kahtani “Skype” vasitəsi ilə konsulluqla əlaqə saxlayaraq Qaşıqçının ölüm əmrini verib. O, danışıq zamanı “O itin kəlləsini mənə gətirin” deyib.
Qeyd edək ki, Suud el-Kahtani müxalifətə qarşı “Twitter” qurduğu “trol ordusu”na rəhbərlik edir. Onun hər “trol”u ayda 3 min dollar maaş alır. Ölkədə iqtidara qarşı çıxanlar yüzlərlə “trol” tərəfindən sosial şəbəkələrdə linç edilir.