“O, mənim üçün narkotikadır”

faiq (1)Xalq artisti Faiq Ağayev həmkarı Aygün Kazımova ilə münasibətlərindən bəhs edib.

Xalq artisti “Onlar”a açıqlamasında həmkarı ondan tez-tez küsdüyünü bildirib:

“Mən onu dostluqdan silməmişəm, səhər durub görürəm məni “İnstagram”da blok edib. Kimlərisə tərifləsəm də, Aygünün incəsənətimizdəki rolunu danmaram. O əzəli dostumdur, şıltaqlıqlarına dözürəm. Onda şeytan tükü var. Şeytan tükünü tapsaydım, ondan asılılığım keçərdi. Aygün Kazımova mənim üçün narkotikadır”.