!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

O olmasın, bu olsun

!Reklam – Yazi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətin nəzərinə çatdırır ki, “Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019” yarış həftəsonunun şənbə günü , 27 aprel tarixində sağlamlıq məsələləri ilə bağlı konsert proqramını ləğv etməli olan Sem Smiti həmin gün “Price Tag”, “Domino” və “Bang Bang” kimi hit mahnıları ilə tanınan və albomları milyonlarla satılan Cessi Cey əvəz edəcək.

Yenicag.az xəbər verir ki, Bakı Kristal Zalında baş tutacaq bu konsert tədbiri BŞH-nin Formula 1 yarış həftəsonu əyləncə proqramına daha bir möhtəşəm ad əlavə edəcək.

Britaniyalı müğənninin “Who You Are” adlı albomu milyonlarla satılıb və ona “BRITS Critics’ Choice” mükafatını qazandırıb. Bundan sonra sənət fəaliyyətinə bir qədər fasilə verən Cessi Cey yalnız altı il sonra öz etiraflarını bölüşdüyü “R.O.S.E” albomunu çıxarıb.

Musiqiçinin Don Diablo ilə ifa etdiyi “Brave” adlı ən son sinqlı isə 26 aprel tarixində buraxılacaq.

Bütün bilet sahibləri Bakı Kristal Zalında dünya ulduzlarının iştirakı ilə keçiriləcək axşam konsertlərində pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala gediş-gəlişi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız 4-günlük bilet sahibləri 25 aprel tarixində baş tutacaq Pit Yolu Gəzintisində eksklüziv olaraq iştirak edə biləcəklər.

www.yenicag.az

10907
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv