Türkiyədə və Azərbaycanda böyük maraqla izlənilən “O Ses Türkiyə” verilişinin çempionu müəyyənləşib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Murat Bozun komandasından Aydan Kahraman və Nihat Mugil; Yıldız Tilbenin komandasından Ceren Düzova; Gökhanın komandasından Lütfiye Özipek və Yener Bulut-Ümit Durak; Hadisənin komandasından isə Oğulcan Bolcan finala çıxıb.
Finalda isə Gökhanın iştirakçıları sona qalıb və onlardan SMS çoxluğu ilə Lütfiye Özipek qalib adını qazanıb.