!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"O şəxslər erməni kəşfiyyatçısının görüntülərini yaymasaydılar, daha çox məlumat əldə edə bilərdik" - Polkovnik

!Reklam – Yazi

“Bu gün Azərbaycanın sürətlə inkişaf edən ölkələr sırasında olması, Ordumuzun regionun ən güclü ordusuna çevrilməsi danılmaz faktdır. Lakin görünən odur ki, bu inkişafa sevinməyənlər və durmadan qarayaxma kampaniyası aparanlar son zamanlar daha da aktivləşib”.

Bu sözləri Qaynarinfo-ya açıqlamasında ehtiyatda olan polkovnik Adil Həsənov bildirib.

Polkovnikin sözlərinə görə, xüsusən son vaxtlar dövlətimizə və ordumuza qarşı qarayaxma kampaniyası aparanlar xeyli fəallaşıblar:

“Məsələn, bu il avqustun 23-də Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərən “Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandirini tutan hərbi qulluqçular ehtiyata buraxılıb” adı altında çaşdırıcı iddialarla sosial şəbəkələrdə əsassız paylaşımlar edir və şou yartmağa çalışırlar.

Mən keçmiş bir hərbiçi kimi məxfiliyə əməl etməyin Orduda nə dərəcədə əhəmiyyətli olduğunu çox gözəl bilirəm. Əvvəla hər kəs bilməlidir ki, əmrin tələblərini pozmaqla smart telefonlar işlədərək məxfilik qaydalarını pozan həmin hərbi qulluqçular heç də qeyd olunan erməni kəşfiyyatçısını tutanlar deyil. Çox güman ki, biz hamımız tezliklə əsl qəhrəmanları tanıyacağıq.

Telefonla çəkiliş edib özlərini reklam edənlər isə necə deyərlər “hamam suyu ilə özünə dost axtaranlardır”. Onların məqsədi sadəcə özlərini reklam etmək, qohum-əqrəba, dost-tanış arasında “dırnaqarası şöhrət” qazanmaqdan başqa bir şey deyil.

Mən sadəcə bir hərbiçi kimi onu deyə bilərəm ki, əgər bu erməni dığasının görüntüləri yayılmasa idi, birincisi ermənilər hələ də onun harada olması barədə məlumatsız qalacaqdı. İkincisi və ən əsası isə onun vasitəsi ilə daha çox kəşfiyyat xarakterli məlumatlar əldə etmək mümkün olacaqdı. Bəzi “qəhrəmanlar”ın sayəsində ən azı bu iki şansı əlimizdən qaçırmış olduq. Hesab edirəm ki, əgər onlar hansısa “töhmət” və ya digər intizam cəzası ilə cəzalandırılmaqla hərbi xidmətdə qalmış olsaydılar, bu həm onların gələcəkdə baş verə biləcək növbəti bu kimi hallarda yenə “başqasının hesabına xal qazanmaq” kampaniyalarını davam edəcək, həm də digər şəxslərdə də bu kimi hərəkətlərə yol vermə istəyinin yaranmasına səbəb olardılar.

Bütün bunların müqabilində əgər hələ də deyirlərsə ki, bu adamları hərbidən niyə çıxardıblar, onda məncə bu sualın cavabını vicdanı olan hər bir Azərbaycan vətəndaşı verə bilər.
Mən Müdafiə Nazirliyi rəhbərliyinin bu qərarını zamanında verilən tam düzgün qərar kimi qiymətləndirirəm. Müdafiə Nazirliyinin verdiyi məlumatdan aydın oldu ki, iş hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa da göndərilib. Əminəm ki, orda da fakta düzgün qiymət veriləcək və günahkar şəxslər layiq olduqları cəzalarını alacaqdır”.

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv