“Oturmuşam evimdə, nə Quba, nə polis? Bu xəbəri polis yayıb?Bezmişəm e vallah”.
Yenicag.az-a açıqlama verən əməkdar artist Ruhəngiz Allahverdiyeva Bakı-Quba yolunda yerləşən postdan geri qaytarılması, buna görə polislərlə mübahisə etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən belə deyib.
Müğənni haqqında yayılan xəbərlərdən cana doyduğunu deyib:
“Başa düşə bilmirəm ki, evimdə otura-otura bu xəbərlər haradan çıxır? İnanın, bezmişəm belə yalan xəbərlərdən. O vəziyyətə çatdırırlar ki, heç verilişlərə də getmək istəmirəm. Nə istəyirlər məndən axı?”
Qeyd edək ki, mediapost-un əldə etdiyi məlumata görə, ötən günlərdə əməkdar artist Ruhəngiz Allahverdiyeva sözügedən məhdudiyyətləri nəzərə almayaraq Qubaya yollanmaq istəyib. Lakin bu istəyi baş tutmayıb.
Cəvahir