Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin son iclasında spiker Oqtay Əsədovla aralarında dialoqdan bəhs edən videonun saxta və montaj olduğunu bildirib.
Ziyafət Əsgərov Report-a bildirib ki, bu, saxta video – montajdır.
“Bu saxta video – montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli Sədrimizə “sən” deyə müraciət edim”, – deyə, sədrib birinci müavini vurğulayıb.
Qeyd edək ki, son günlər bəzi internet resurslarında, sosial şəbəkələrdə Milli Məclisin spikeri ilə birinci vitse – spikeri arasında iclas zamanı parlamentin 100 illiyə ilə bağlı dialoq barədə video-audio material yayımlanıb.