“Obama cəhənnəm olsun”

1473901911Dünya liderlərinin ünvanına səsləndirdiyi qalmaqallı ifadələrlə yadda qalan Filippin prezidenti bu dəfə Obamanı “cəhənnəmə göndərib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rodriqo Duterte Filippindəki narkoticarətlə mübarizədə radikal metodlardan istifadə edilməsini tənqid edən Obamaya “cəhənnəm olsun” deyə reaksiya verib.

Xatırladaq ki, Duterte eyni ittihamları səsləndirən Aİ-nin də ünvanına eyni sözləri işlətmiş və canlı yayımda “orta barmaq” işarəsi göstərməkdən çəkinməmişdi.

Eyni zamanda, ölkəsində insan haqlarının pozulduğunu deyən BMT baş katibi Pan Gi Muna “axmaq” deyə səslənmişdi.