Reklam: High Technic
hightechnic

Obama ilə görüşən azərbaycanlı: "Maltada bardakılara pivə alıb, Azərbaycana səs verdirdik"

İsveçdə anti-semitizmə qarşı fəaliyyəti ilə tanınan gənc azərbaycanlı Siyavuş Dirəxti Yenicag.az müsahibə verib.

Özümü burada evimdəki kimi hiss edirəm deyən Siyavuş Dirəxti  Azərbaycanı Avropada daha çox “Eurovision”la tanıdıqlarını bildirib:

“Azərbaycan “Eurovision”da birinci yerə çıxan zaman Maltada yaşayan qardaşım bara gedib, orada deyib ki, kim Azərbaycana səs versə ona pivə alacağam. Bundan sonra  hamı Azərbaycana səs verməyə başlayıb. Maltadan Azərbaycana 12 xal verildiyini görəndə çox sevinmişdik”.

Azərbaycanın Avropada tanınması ilə bağlı planları olduğunu deyən Siyavuş Dirəxti qeyd edib ki, diasporamızı gücləndirməliyik:

“Diasporamızı gücləndirməliyik. Bunun üçün dövlət də bizə dəstək verməlidir”.

Yenicag.az Siyavuş Dirəxti ilə geniş videomüsahibəni sizə təqdim edir:

www.yenicag.az

2032