Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Obama məqsədinə çatdı

108239_res_01ABŞ Administrasiyası İranla nüvə razılaşmasının bloklanmasının qarşısını almaq üçün Senatda kifayət qədər səsi təmin edib.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, Merilend ştatını təmsil edən senator Barbara Mikulski “altılığ”ın İranla əldə etdiyi razılaşmanı dəstəkləməyə hazır olan 34-cü senator oldu.

Bununla da ABŞ Administrasiyası Konqresdə sövdələşməni qorumaq üçün lazımi dəstəyi əldə edə bilib.

Konqresin hər iki palatası İranla razılaşmanın əleyhinə səs verdikdən sonra ABŞ Prezidenti Barak Obamanın həmin qətnaməyə veto qoyacağı gözlənilir. Prezidentin vetosunun öhdəsindən gəlmək üçün Konqresin hər iki palatasında çoxluğun səsi tələb olunur – bu, Senatda 100 səsdən 67-sidir.

Bununla da senatorların 34-nün razılaşmanın lehinə səs verməsi Konqresə onu bloka almağa imkan vermir. Konqresin İranın nüvə sazişinə sentyabrın ortalarında baxacağı gözlənilir.

www.yenicag.az

287