Obama-Netanyahu qarşıdurması

70644İranın nüvə proqramına dair bu ölkə ilə əldə olunan razılaşma Tehrana nüvə silahı əldə etməyə imkan verməyəcək.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama bir müddət əvvəl İsveçrənin Lozanna şəhərində keçirilən 5+1 formatlı görüşlərə münasibətini bildirib.

Obama qeyd edib ki, İsrailin İranla bağlı narahatlığını anlasa da, baş nazir Benyamin Netanyahunun alternativ razılaşma təklif etməməsi, vəziyətti daha da mürəkkəbləşdirir: “Mən dəfələrlə onlardan alternativ olaraq İranı nüvə silahı əldə etməkdən çəkindirə biləcək addımın nə olduğunu soruşmuşam. Lakin hələlik bu barədə bir cavab almamışam. Nəyə görə insanlar artıq indidən razılaşmanın uğursuz olacağına inanırlar. Bunu anlaya bilmirəm. Gəlin gözləyək. İranın nüvə fəaliyyəti bizi qane etməzsə, razılaşmanı imzalamayacağıq”

Qeyd edək ki, Lozannada əldə olunan razılaşmaya əsasən, İranın nüvə proqramı imkanlarını məhdudlaşdıracağı təqdirdə ona qarşı tədbiq olunan sanksiyaların aradan qaldırılması nəzərdə tutulur.