!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Obama Trampla görüşdü – Təfərrüatlar

!Reklam – Yazi

obam-1Ağ Evdə ABŞ-ın hazırkı prezidenti Barak Obama və yeni seçilmiş prezident Donald Tramp arasında görüş baş tutub.

Görüşdən sonra açıqlama verən Barak Obama çox maraqlı görüş keçdiyini bəyan edib. Görüşdə ABŞ-ın daxili və xarici siyasəti müzakirə edilib.

Donald Tramp da hakimiyyətin təhvil verilməsi ilə bağlı daha bir neçə görüşün keçirilməsinə şad olacağını deyib.

Seçki marafonu boyunca ABŞ prezidenti Barak Obama Hillari Klintonu dəstəkləyərək Donald Trampın ünvanına sərt tənqidi fikirlər səsləndirmişdi. Bu fikirlərə səssiz qalmayan Tramp da Obama siyasətini tənqid etmişdi.

Amma seçkilərin nəticələri elan edildikdən sonra hər iki prezident barışıq mesajları səsləndirməyə başlayıblar.

Prezidentlərin görüşü ilə eyni vaxtda Mişel Obama da ABŞ-ın yeni birinci xanımı Melani Trampı qəbul edib.

 

 

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv