!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Obama və Klinton FETÖ-nu dəstəkləyir” – Amerikalı yazar

!Reklam – Yazi

obamaklintonABŞ-ın yeni prezidenti Donald Trampın xarici siyasət məsələlərində fikirlərini nəzərə alacağı şəxslərdən biri olan yazar Jerom Corsi Birləşmiş Ştatların keçmiş dövlət katibi Hillari Klintonun FETÖ ilə əlaqəsinə dair məqalə dərc etdirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Jerom Corsi yazdığı məqalədə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi, Klinton-FETÖ əlaqələri və digər mühüm məqamlara toxunub. Müəllif yazısında Karlovu öldürən Mevlüt Mert Altıntaşın 15 iyul günü Ərbildə CIA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi – MKİ) ofisi yaxınlığında olduğunu xüsusi vurğulayıb. Corsi rus səfirinin qətli ilə 15 iyul çevriliş cəhdi arasında əlaqə olduğunu da diqqətə çatdırıb. Altıntaşın FETÖ-yə bağlı “Today’s Zaman” nəşrinin əməkdaşları ilə eyni evdə qalmasını qeyd edən Corsi terror şəbəkəsinin lideri Fətullah Gülənin Pensilvaniyada yaşadığını da diqqətə çatdırıb.

Amerikalı yazarın məqaləsində əsas məqam Gülənin Hilları Klinton və Barak Obama tərəfindən dəstəkləndiyini və qorunduğunu bildirməsidir. Gülənin ABŞ-dakı ən yaxın adamlarından biri olan Gökhan Özkökün Klintonun seçki kampaniyasına böyük vəsait sərf etdiyini yazan Corsi, ABŞ-ın Türkiyəyə münasibətdə özünü Gülən məsələsindən “xəbərsiz” kimi apardığını qeyd edib.

Yeniçağ.az

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv