Obamadan Baydenə böyük zərbə

ABŞ prezidenti Baydenin yarışdan geri çəkilməli olduğunu düşünənlər arasında yaxın vaxtlara qədər xeyriyyə tədbirlərində iştirak edən keçmiş prezident Barak Obamanın da olduğu iddia edilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın noyabrın 5-də keçiriləcək prezident seçkilərində hazırkı prezident Co Baydenin qalib gəlmə ehtimalının az olduğunu və namizədliyinin davamlılığını gözdən keçirməli olduğunu şərh etdiyi iddia edilib.

Qeyd edək ki, yaxın vaxtlarda sui-qəsd cəhdindən sonra Donald Tramp anketlərdə liderliyini artırıb./unikal

COP29