Obamadan mühüm addım

img1806484ABŞ rəsmiləri deyir ki, mayın 5-də Prezident Barak Obama Cozef Danfordun namizədliyini baş qərargah rəisi postuna irəli sürəcək. Danford dəniz qüvvələri generalıdır, Əfqanıstan və İraq müharibələrində komandir olub.

59 yaşlı Danford bu vəzifədə ABŞ-ın ordu generalı Martin Dempsini əvəzləyəcək. Dempsi sentyabrda istefa verəcək. Gözlənir ki, Senat Danfordun namizədliyini tezliklə təsdiqləyəcək.

Danford 2014-cü ildə ABŞ dəniz qüvvələrinin baş komandiri təyin olunub. Öncə Əfqanıstanda ABŞ və beynəlxalq qüvvələrə rəhbərlik edib. 2003-cü ildə ABŞ-ın İraq əməliyyatları zamanı “Fighting Joe” ləqəbini qazanıb.

Obamanın baş qərargah rəisinin müavini postuna isə Paul Selvanın namizədliyini verəcəyi gözlənir. Selva ABŞ hava qüvvələri generalı, hazırda ABŞ Nəqliyyat Komandanlığının komandiridir.