Obamadan şok etiraf: “Əsəd rejimi dərhal süqut etməsin deyə Rusiyayla anlaşdıq”

ABŞ-ın sabiq prezidenti Barak Obama illər sonra maraqlı etirafla çıxış edib.

Yenicag.az xəbər verir ki, Obama Pentaqondakı müdafiə komitəsinin rəhbəri Endryu Eksuma 2015-ci ildə Rusiyayla gizlin razılığa getməyi tapşırıb.

Obama Əsəd rejiminin anidən süquta uğramasının onların mənfəətləriylə ayaqlaşmadığı, həmçinin, İsrailə də təhlükə yarada biləcəyi üçün belə bir addım atıb.

Obamanın sözlərinə görə, əsas məqsəd İsrail mənfəətlərini güdmək və İŞİD-i məğlub etmək olub.