Prezident Barak Obama ABŞ vətəndaşlarına vida məktubu ünvanlayıb.
Yeniçağ.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ağ Evin rəsmi saytında yerləşdirilən məlumata görə, məktub “Mənim amerikalı dostlarım!” sözləri ilə başlayır.
Daha sonra Obama amerikalıların 44-cü prezidenti olmaq şərəfini ona bəxş etdiklərinə görə vətəndaşlara təşəkkür edib: “Mən vəzifəyə gəldiyim gündən nə öyrənmişəmsə, hamısı sizin sayənizdə olub. Sizə görə ən yaxşı prezident və ən yaxşı insan oldum”.
Preziden məktubda həmçinin öz xalqı ilə birlikdə yaşadığı kədərli və sevindirici hadisələrdən, tibb və yüksək texnologiya sahəsindəki nailiyyətlərdən, eynicinsli nikahların leqallaşmasından, mühacirlərə köməkdən bəhs edib.
Nəhayət, Obama sonda amerikalıları siyasi mənsubiyyətlərindən asılı olmayaraq yaşadığı ölkənin şərəfli vətəndaşları olmağa çağırıb: “Həmişə bunu yadınızda saxlayın: Amerika bir insanın layihəsi deyil. Biz xalqıq. Biz hər şeyin öhdəsindən gələ bilərik. Bəli, biz bacararıq”.
Qeyd edək ki, Barak Obamanın prezidentlik səlahiyyəti yanvarın 20-də rəsmən bitir. Onu dövlət başçısı postunda Donald Tramp əvəzləyəcək.
Yeniçağ.Az