Obamanın aşpazı ÖLÜ TAPILDI: Onun göldə boğulduğu ehtimal olunur – FOTO

Obamanın aşpazı göldə boğulub.

Yenicag.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilir ki, keçmiş prezident Barak Obamanın aşpazı Tafari Kempbell Massaçusets ştatının Martas Vanyard adasındakı göldə ölü tapılıb.

“The New York Times” qəzetinin yazdığına görə, hadisə Obamanın yay iqamətgahından bir qədər aralıda baş verib.

ABC telekanalının məlumatına görə, 45 yaşlı Kempbellin cəsədi bazar ertəsi səhər Edqartaun gölməçəsində təxminən 2,5 metr dərinlikdə və sahildən 30 metrdən çox məsafədə tapılıb.O, iyulun 23-də paddleboarding (sörfinq növü) zamanı yoxa çıxıb.

“Tafari bizim ailənin üzvü idi. Biz ilk tanış olduğumuz zaman o, Ağ Evdə istedadlı aşpaz idi. Yaradıcı və insanları bir araya gətirmə qabiliyyətinə həvəsli idi. Biz onu sonradan həyatımızı bir az da işıqlandıran istiqanlı, gülməli və inanılmaz dərəcədə xeyirxah insan kimi tanıdıq”, – ABŞ-ın keçmiş prezidenti və həyat yoldaşı Mişel açıqlamasında bildirib.

Kanal qeyd edir ki, Kempbell prezidentlik müddəti bitdikdən sonra Obama ailəsi üçün işləməyə davam edib.

Məsimə