Dünyada G20 Zirvəsi hansı ölkədə keçirilməsindən asılı olmayaraq, etiraz aksiyaları ilə gündəmə gəlir. Xüsusilə, ABŞ prezidentlərinə qarşı aksiyalar ənənə halını alıb.
Yenicag.az xəbər verir ki, ənənə Antalyada da pozulmayıb. Bu dəfə Obamaya qarşı aksiyanı Türkiyə Gənclər Birliyi keçirib. Obamanın maketinin başına çuval keçirilən aksiyada ABŞ əsgərlərinin 2003-cü ildə İraqda türk əsgərinə qarşı etdiyi hərəkətə cavab veriblər.
4 gəncin həbs olunduğu aksiyada Azərbaycan bayrağının olması da diqqət çəkib.