“Obyektləri olan məmurlarla bağlı monitorinq aparacam” – Hafiz Hacıyevdən xəbərdarlıq

1458129996_hafiz_g (1)“Tahir Kərimov müəyyən adamlarını mənim üstümə salıb ki, onun haqqında heç nə danışmayım. Görünür, Tahir mən nazir olanda ona vurduğum tərs şapalağı unudub”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Salyanın sabiq icra başçısı Tahir Kərimovla bağlı danışarkən deyib. O qeyd edib ki, Tahir Kərimov həbs olunmalıdır: “Salyanın sabiq icra başçısı Tahir Kərimov mənim işçim olub. Onu məndən yaxşı kimsə tanıya bilməz. Mən bu adamı dələduzluq üstündə vəzifədən qovmuşdum. Çirkab içində itib- batan adam idi. Birinci Daşkəsənə icra başçısı təyin edildi və buranı viran qoydu. Onun Daşkəsənə vurduğu ziyanı heç kim vurmayıb. Bu adamın milyonlarla dəyərində villaları, obyektləri var. Bizim rayon təşkilatının sədri mənə elə faktlar verib ki, onların hamisini hüquq mühafizə orqanlarına göndərəcəyəm. Tahir Kərimov müəyyən adamlarını mənim üstümə salıb ki, onun haqqında heç nə danışmayım. Görünür, Tahir mən nazir olanda ona vurduğum tərs şapalağı unudub. Salyanda yığdığı pullar onu qudurdub. Hazırda Rəsul Quliyevlə əlaqə qurmaq üçün müəyyən vasitələr axtarır. Rəsula xidmət edən müxalifətçilərlə münaisbət qurmaq istəyir. Onlara vəd verir ki, maddi dəstək olacaq. Ona görə də bu adam həbs edilməlidir”.

Partiya sədri onu da qeyd edib ki, hazırda Tahir Kəriomov Azərbaycandan qaçmağa hazırlaşır. Onun sözlərinə görə, ətrafında olan adamlar mənə bu barədə məlumat veriblər. H.Hacıyev onu da deyib ki, yaxın günlərdə “Azərbaycan Saatı”a kompramatlar ötürəcəyi barədə məlumatlar əldə edib.
Hafiz Hacıyev bildirib ki, yaxın günlərdə hakimiyət daxilində olan məmurların obyektləri, villaları və qanunsuz yollarla əldə etdikləri digər əmlaklarını monitorinq edib aidiyyatı orqanlara təqdim edəcək: “Yaxın günlərdə cəsarətli jurnaistlərlə birgə hakimiyyət daxilində milyonlarla dəyərində villaları, torpaq sahələri, obyektləri olan məmurlarla bağlı monitorinq aparacam. Nazirlərin, komitə sədrlərinin və digər ikinci, üçüncü arvadlarının villalarını millyardlarla dəyəri olan obyektlərini də monitorinq edəcəyik. Sübut olunacaq ki, Azərbaycanı bu günə salan hökumətin içində olan səriştəsiz nazirlər təsadüfi düşmüş icra başçılarıdır. Fotolarını, videolarını çəkib xalqa göstərəcəyik ki, 900 manat maaş alan Tahir Kərimovlar, 1500 manat maaş alan nazirlər milyonlarla dəyrində olan malikanələri hansı pullarla əldə edibər. Qardaşım İlham Əiyevə bu məmurların etdiyi xəyanətləri açıb göstərəcəm. Xahiş edirəm hüquq- mühafizə orqanları mənim dediyim faktları yoxlasın. Azərbaycan daxilində xarici dairələrə satılmış məmurlar ölkədə prezidenti təkləmək istəyirlər. Ona görə də bu gün ölkədə manatın məzənnəsi ölüb. Qiymətlər hər gün fantastik şəkildə qalxır. İlham Əliyevin dediyi yeni iş yerlərinin açılması, müəəyən sosial problemlərin həll edilməsi, xalqla müntəzəm görüşlər keçirib onların problemlərini dinləmək əvəzinə 15-20 il kök salmış, harınlamış, prezidentə xəyanət edən məmurlar çalışırlar ki, sabitliyi pozsunlar. Müəyyən nazirlər ,məmurlar bilirlər ki, yaxın günlərdə ölkə prezidenti onlarla vidalaşacaq və onlar həbs olunacaq. Hazırda müxalifətin bəzi simaları ilə əlaqa yaradıb onlara maddi dəstək olmağa çalışırlar. Azərbaycanda qarışıqlıq yaratmaq üçün bütün vasitələrə əl atırlar. Amma unutmasınlar ki, mən hər zaman əziz qardaşım İlham Əliyevin yanında olacağam və ona xəyanət etmək istəyənlərə qarşı mübarizə aparacağam”.