Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Ocaq Necatın ölkəmizdəki fəaliyyəti vaxtında tənzimlənməli idi" - İlahiyyatçı

Reklam: Sinerji Pro

“Azərbaycanda Ocaq Necat üçün sərbəst şərait yaradılmışdı”.

Bu sözləri İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaq Necatın ölkəmizi tərk etməsini dəyərləndirən ilahiyyatçı Təyyar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

İlahiyyatçı vurğulayıb ki, dini arenada özünü doğru yolun təmsilçisi və hətta lideri kimi təqdim edən hansısa din xadiminin sonradan xəyanəti üzə çıxarsa və Azərbaycan xalqına qarşı qeyri-səmimi davranarsa, bu, qəbuledilməzdir:

“Azərbaycanı sevən və dövlətimizlə səmimi dost olan hər kəs xalqını sevən, vətənpərvər ilahiyyatçıların da dostudur. İslam dini doğruluğu, birüzlülüyü və səmimiyyəti təbliğ edir. Seyid Əliəkbər Ocaq Necat uzun illərdir ki, İran İslam Respublikası səfirliyinin mədəniyyət mərkəzinin sədri olub. Həmçinin İranın ali dini liderinin Bakıdakı nümayəndəliyinin ofisində oturub. Azərbaycanda Ocaq Necat üçün sərbəst şərait yaradılmışdı. Konstitusiyamıza görə, dini etiqad və vicdan azadlığına maksimum şərait yaradılır. Əslində Ocaq Necatın ölkəmizdəki fəaliyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tənzimlənməli idi. Bildiyim qədəriylə, uzun illər ölkəmizdə yaşayan Ocaq Necat hətta Azərbaycanda da evlənib. Necat burada kök salmış bir din xadimi olaraq təbliğat maşınını Azərbaycan dövlətçiliyinin əleyhinə, ölkəmizin beynəlxalq siyasi aləmdəki imicinə zidd addımlarla nümayiş etdirirdisə, bu məsələ vaxtında öz həllini tapmalı idi.

Bu gün bütün dünya İranın Azərbaycana qarşı mövqeyini açıq şəkildə görür. İkinci Qarabağ Müharibəsində də İran və Ocaq Necat ölkəmizə qarşı qeyri-səmimi münasibət sərgilədi. Hətta əks mövqeli dini sima aşkara çıxdı. İranın bu münasibəti qardaşlıq əlaməti deyil. Bu həssas dönəmdə dünya azərbaycanlılarının həmrəy olması çox vacibdir. İkinci Qarabağ Savaşında qohumum daxil olmaqla, minlərlə vətəndaşımız şəhid oldu və çox sayda qazilərimiz var. Azərbaycanın haqq işini dəstəkləməyən və düşmən mövqeyində olan bir din xadimini müsbət qəbul etmək mümkün deyil. Nəinki Ocaq Necat, kimliyindən asılı olmayaraq ölkəmizə xəyanət edən heç kəsə aramızda yer olmamalıdır”.
Gülşən Şərif

www.yenicag.az

272
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100