Titanik gəmisinin qalıqları altına enərkən qəzaya uğrayan Amerikanın “OceanGate” şirkəti yenidən bilet satışına başlayıb.
Yenicag.az “HaberGlobal”a istinadla xəbər verir ki,, okeanın dibinə növbəti enişlər 2024-cü ilə planlaşdırılıb.
Şirkət vəd edir ki, səyahətçilər Kanadanın Atlantik sahilindən 8 günlük ekspedisiya ilə dənizdən 380 mil dənizdə və səthdən 3800 metr aşağıda yerləşən ikonik dağıntıya dalmaq üçün yola düşəcəklər .
Əfsanəvi gəmini görmək istəyənlər səfər üçün 250 min dollar ödəməlidir.
Xatırladaq ki, iyunun 18-də göyərtəsində 5 sərnişinin olduğu “Titan” batiskafi yoxa çıxıb. Bir neçə gün sonra dənizdə sualtı nəqliyyat vasitəsinin qalıqları tapılıb, sərnişinlərin öldüyü məlum olub.