!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Od qiymətli" hava yoluna MƏCBUR qalan ƏHALİ: "Quru sərhədlərin bağlı qalması..." - Zəlimxan Məmmədli / VİDEO

!Reklam – Yazi

“Nəinki qonşu ölkələrdən, hətta bütün dünyada müqayisə olunmaz ən yüksək təyyarə qiymətləri Azərbaycandır. Azərbaycan əhalisi təyyarə biletlərini katastrofik həddə baha qiymətə sırıyan bir mafiyanın əlində qalıb”.

Bunu Operativ Qərargahın qərarları, quru sərhədlərin hələ də bağlı qalması və təyyarə biletlərinin fantastik qiymətlərinə münasibət bildirən Haqq Ədalət Partiyasının (HƏP) Məclis sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, quru sərhədlərin bağlı qalması:

“Koronovirusun yeni “Omicron” ştammı ABŞ-də, Avropa ölkələrində və Türkiyədə daha çox yayılıb. Bir həkim olaraq yeni ştammın fəsadlarını görürük. Xəstəliyin ağır keçməsi, ölümlər, bahalı müalicə faktiki olaraq mövcuddur. Bu baxımdan quru sərhədlərin bağlı saxlanılmasında qeyri-adi bir şey görmədim.

Quru sərhəd elədir ki, orada kommunikasiya imkanları çox olur. Bu da xəstəliyin yayılmasına daha çox şərait yaradır. Ancaq hava yolunda nəzarət mexanizmi daha rahatdır. Tiflisə gün ərzində bir və ya iki təyyarə uçur. Bunu kontrol etmək asandır. Ancaq quru sərhəddə say müəyyən deyil, minlərlə insanın giriş-çıxışını nəzarətdə saxlamaq asan olmaz. Ona görə qərarı doğru hesab edirəm”.

Səxavət Məmməd

www.yenicag.az

1437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv