ODA teatrı fəaliyyətini dayandırır.
Bu barədə AzNews.az-a teatrın bədii rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, teatrın bağlanmasına səbəb maliyyə böhranıdır: “Dekanrın 13-ü teatrın son tamaşası nümayiş olunacaq. ODA “MİMODA18+” tamaşasını oynayıb fəaliyyətini donduracağıq”.
E.Bədəlov qeyd edib ki, teatrın fəaliyyətinin nə vaxt bərpa oluması ilə hər hansı fikir demək çətindir: “Maliyyə sıxıntısı var. Nə vaxt pul olsa, sıxıntılar bitsə o zaman teatr yenidən açılacaq”.