“Odatv işi”ndə ittiham olunan 13 nəfərə bəraət verildi

İstanbul 18-ci Ağır Cəza Məhkəməsi “Odatv işi” çərçivəsində mühakimə olunan jurnalistlər Yalçın Küçük, Ahmet Şık, Nedim Şener və Soner Yalçın da daxil olmaqla, 13 şübhəli barəsində bəraət qərarı çıxarıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 2011-ci ildən davam edən “Odatv işi” üzrə ittiham olunan 13 nəfər – professor Yalçın Küçük, Soner Yalçın, Doğan Yurdakul, Barış Pehlivan, Barış Terkoğlu, Müyesser Yıldız, Mümtaz İdil, Nedim Şener, Ahmet Şık, Hanefi Avcı, Sait Çakır, Coşkun Musluk ve İklim Bayraktar (bu işdə ittiham olunan Kaşif Kozinoğlu həbsxanada vəfat edib) – bu gün baş tutan prosesdə bəraət alıb.

Məhkəmədə çıxış edən Soner Yalçın özünə bəraət verilməsini tələb edərək, FETÖ-dan şikayətçi olduğunu deyib. Keçmiş polis rəisi Hanefi Avcı da məhkəmədən ona və digər müttəhimlərə bəraət verilməsini, onlara qarşı saxta ittiham hazırlayanların cəzalandırılmasını tələb edib.

Yekunda adları qeyd olunan 13 şübhəli şəxsə bəraət verən məhkəmə heyəti “Odatv işi” üzrə saxta ittiham hazırlayanlara yönələn cinayət işi başlamasına qərar verib.

Yeniçağ.Az