!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ödəmə terminallarında yenilik - Qalıq pullarınız qaytarılacaq – VİDEO

!Reklam – Yazi

Ölkədə ödəniş terminallarının strukturuna dəyişiklik edilir. Bundan sonra ödəniş terminallarındakı əməliyyatlar zamanı qalıq pul müştəriyə veriləcək. Ancaq qalıq pulların qaytarılması nəğd şəkildə deyil kod formasında olacaq. İlkin mərhələdə qalıq pulun qaytarılması prosesi ancaq sığorta ödənişlərinin ödənilməsi zamanı baş verəcək.

Sakinlərlə söhbət zamanı da bu məsələdən narahatlıqlarını dilə gətiriblər: “Elə olub ki, ödənişim olub 12 matat 50 qəpik, ödəmişəm 13 manat. Qalıq qayıtmayıb. Qaytarılsa yaxşıdı”.

Marketinq meneceri Şahin Səmədli yeni sistemlə bağlı məlumat verib: “Deyək ki, hansısa bir müşdəri daxil olacaq ödəmə üçün provayderə. Misal üçün 73 manat 50 qəpik borcu olacaq, amma həmiş müşdəri 75 manat daxil edir. Bu halda ona 1 manat 50 qəpik məbləğində kod veriləcək qəbzin üzərində”.

Bundan sonra təqdim edilən 14 rəqəmli kodla vətəndaş yalnız kommunal və mobil operatorların xidmətlərindən istifadə edə bilər. Prosesə isə bir neçə aydan sonra başlanacaq. İqtisadçı Rəşad Həsənov hesab edir ki, ödəniş terminallarını quraşdıran şirkətlər avadanlıqlarını qabaqcadan bu sistemə keçirməlidir. İndiki halda qalıq pulların qaytarılması prosesini yalnız sığorta ödənişlərində tətbiq etmək heç də bir mənalı qarşılanmır.

Xatırladaq ki, ölkə üzrə emanat terminallarının sayı 2100 ədəddən çoxdur. Ay ərzində bu terminallarda 6 milyon əməliyyat baş tutur.

www.yenicag.az

2338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv