Ödənişli Bakı-Quba-Rusiya avtomobil yolu: “Alternativlərdən istifadə mümkündür”

“Əgər bu yolun hansısa önəmi varsa və ya insanlarımıza əlavə imkanlar yaradırsa, onlar yolun ödənişli əsaslarla olmasına baxmayaraq bundan istifadə edəcəklər”.

Bu sözləri Bakı-Quba-Rusiya avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli əsaslarla istismarı mövzusuna münasibət bildirən iqrtisadçı ekspert Toğrul Vəliyev Yenicag.az-a açqlamasında qeyd edib.


O, həmçinin bildirib ki, bu yolun ödənişli əsaslarla fəaliyyəti alternativ yolların aqibətinə əngəl olmayacaq:

“Əsas məsələ ondan ibarətdir ki, burada daha tez bir zamanda yüklərin aşınması prosesi həyata keçirilir. Bildiyimiz kimi, buna paralel olaraq alternativ yollardan da istifadə etmək mümkündür. Bu tipli addımların nə zaman atılması o qədər də böyük rol oynamır. Əgər bu yolun hansısa önəmi varsa və ya insanlarımıza əlavə imkanlar yaradırsa, onlar yolun ödənişli əsaslarla olmasına baxmayaraq bundan istifadə edəcəklər.

Ödənişli yolun kommersiya xarakteri daşıması, hər hansısa şirkət, ya da elə dövlətin özü tərəfindən istismara verilməsi başqa bir mövzudur. O ki qaldı digər yolların, yəni ödənişsiz olan əvvəlki yolların gələcək aqibətinə, bu yollar indiyədək necə varsa, elə də qalmalıdır. Bunlar dövlətə məxsusdur və təmir edilməsinə də dövlət cavabdehlik daşıyır”.

Yusif Səmədzadə