!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ödənişsiz çimərlikdə pul tələb olunan vətəndaş nə etməlidir?

!Reklam – Yazi

İyunun 15-dən etibarən çimərlik mövsümü açıq elan edilib.

Yenicag.az xəbər verir ki, havaların isti keçməsi ilə əlaqədar olaraq, yerli vətəndaşlarla yanaşı, turistlərin də dənizə axını müşahidə olunur.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Lakin müşahidələr onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər var. Bəs vətəndaş çimərliyə buraxılmadıqda, qapıda ondan pul istənildikdə nə etməlidir?

BŞİH-nin Ticarət və xidmət departamentindən “Report”a bildirilib ki, məsələ ilə əlaqədar “Qaynar xətt” fəaliyyətə başlayıb. Vətəndaşlar çimərliklərə getdikdə girişin ödənişli olduğunu görəndə 012 566-83-71 əlaqə nömrələrinə zəng etmələri xahiş olunur.

Xatırladaq ki, Departament əməkdaşları Şıx çimərliyində 9 müxtəlif məkana baş çəkib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb. Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar.

Qeyd edək ki, çimərlik ərazilərinin pulsuz olması ilə bağlı qaydalar özəl çimərliklərə aid deyil./Report/

www.yenicag.az

1754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv