“Müxtəlif problemli məsələlərin həll yolları, sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində fikirlər səsləndirilir”.
Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar preizdent seçkilərində namizədlərin təbliğat taktikalarını şərh edən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, prezidentliyə namizədlərin bir çoxu cəmiyyətdə tanınan siyasi simalardır:
“Təbliğat-təşviqat prosesində efir vaxtı verilən namizədlər bu imkanı yetərincə dəyərləndirməyə çalışırlar. Maraqlı çıxışlar və ictimaiyyəti düşündürən məsələlər ətrafında debatlar izləyirik.
Müxtəlif problemli məsələlərin həll yolları, sosial-iqtisadi vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində fikirlər səsləndirilir. Həmçinin tənqidi yanaşmaların da şahidi oluruq.
Bir sözlə, namizədlər vətəndaşların seçkilərə cəlb edilməsi üçün aparılan təbliğat-təşviqat prosesində onlara verilən imkanlardan istifadə etməyi bacarırlar. Bu isə yaxşı haldır”.
Nəsimi Ələsgərli