Odessalı boksçunu öldürən azərbaycanlının məhkəməsi təxirə salındı

Odessalı boksçu Serqey Laşenkonun qətli üzrə məhkəmə iclası növbəti dəfə təxirə salınıb.

Yenicag.az bildirir ki, bu dəfə iclasın təxirə salınmasına səbəb qətlə ittiham edilən Babək Həsənovun vəkilinin məhkəməyə gəlməməsidir. Beləliklə, növbəti iclas iyunun 1-ə təyin edilib.

Xatırladaq ki, Babək Dəmir oğlu Həsənov adlı azərbaycanlı 8 aprel 2015-ci ildə tapançadan atəş açaraq odessalı boksçu Serqey Laşenkonu qətlə yetirib. Hadisə Odessanın Yəhudi xəstəxanasının ərazisində baş verib.

Babək Həsənov 5 oktyabr 2016-cı ildə İnterpol vasitəsilə  Sankt-Peterburq şəhərində tutulub. Bundan sonra Rusiya qanun qoruyucuları ukraynalı həmkarları ilə əlaqə saxlayaraq, ekstradisiya proseduruna başlayıblar. 2017-ci ilin fevralında Odessa rayon məhkəməsi Həsənovu istintaq təcridxanasına yerləşdirib.

Zaur H.

COP29