Odun yığmağa getdi, ölüsü tapıldı – VİDEO

unnamed (3)Zaqatalada ölüm hadisəsi baş verib.

ARB Şəki xəbər verir ki, at arabası ilə meşəyə odun, çırpı toplamaq üçün gedən rayonun Əliabad sakini Cəbrayılov Cəbrayıl axşam evə gəlmədikdə yaxınları onu axtarmağa gediblər, lakin gecənin qaranlığında tapmayıb qayıdıblar.

Səhər yenidən axtarışa çıxan kənd sakinləri onu və atını meşədə ölmüş vəziyyətdə tapıblar. Yaxınlarının verdiyi məlumata görə, arabanı çıxarmaq istəyən 38 yaşlı Cəbrayıl Cəbrayılov ehtiyatsızlıq ucbatundan üzüaşağı yıxılaraq dünyasını dəyişib.

Fakt araşdırılır.