Yumurta stresi götürən əsas ərzaqdır.
Yenicag.az xəbər verir ki, bu barədə Harvard Universitetinin alimləri məlumat yayıb.
Belə ki, universitet alimləri araşdırma aparıb.
Eksperimentdə 3 qrup könüllü iştirak edib.
Birinci qrupa daha çox yumurta, ikinci qrupa yulaf yarması sıyığı, üçüncü qrupa isə tərəvəz verilib
Təcrübənin sonunda stresə ən çox davamlı birinci qrup olub.
Səhər yeməyinə yulaf sıyığı yeyənlərdə isə qanda şəkərin qəfildən qalxıb, enməsi səbəbindən stress hormonu da yüksəlib.
Bundan əlavə, Kolumbiya Universitetinin mütəxəssisləri streslə uğurlu mübarizə üçün hər gün səhər brokkoli və gül kələmi ilə yumurta omleti yeməyi məsləhət görür.
Həmçinin, ofis işçilərinin stresə davamlı olmaları üçün isə hər gün balqabaq şirəsi içib, balqabaq tumu qəbul etməli olduqları bildirilib.