Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Ofisiant 1 milyon uddu

88797Yuxusunda uduşlu lotereya bileti görən Böyük Britaniyadakı “Kapadokya” türk restoranının ofisiantı Fatih Özkan uduşun yarısına sahib olacaq.

Bu ölkədə dərc olunan “Daily Express” qəzetinin yazdığına görə, 2012-ci ilin yanvarında F.Özkan yuxusunda əlində çoxlu pul olduğunu və yanında restoranın sahibi Hayati Kusukkoylunun dayandığını görür. Ertəsi gün Fatih bossunu “Euromillions” lotereyasını almağa inandırır. Onlar 1 milyon funt udurlar. H.Kusukkoylu pulların hamısını özünə götürmək istəyir. Bu zaman o, bileti özü aldığını və nömrəni özü seçdiyini iddia edir. F.Özkan isə biletin alınmasına səbəb onun yuxusunun olduğunu, bir neçə nömrə seçdiyini və biletlərin yarısının pulunu ödədiyini israr edir.

2014-cü ildə məhkəmə F.Özkan və H.Kusukkoylunun mükafatı bölüşmələrinə dair qərar çıxarıb. Amma ofisiantın işəgötürəni bu hökmə etiraz edib. London apelyasiya məhkəməsi əvvəlki instansiyanın qərarını dəstəkləyib və H.Kusukkoylunun şikayətinin təmin olunmadığını bildirib.

www.yenicag.az

154