Ofisiant edam olunub

26795758Səudiyyə Ərəbistanda yaşayan Ali Ahmet Ağrıdaş edam edilib.

Yenicag.az Türkiyə mediasına istinadən məlumat verir ki, sözügedən ölkənin Daxili İşlər Nazirliyinin belə qərar çıxarmasına səbəb həmin türk vətəndaşının külli miqdarda narkotik əldə etməsidir.

Bildirilir ki, Ali Ahmet Ağrıdaş bir kafedə çalışırdı. Polis onu bir müddət əvvəl şübhəli şəxs qismində nəzarətə götürmüşdür.

Ailəsi isə onun günahsız olduğunu bildirir və narkotiklə heç bir əlaqəsi olmadığını qeyd edir.