21 yaşlı ofisiant özünü asdı – İşlədiyi kafedə

Qubada intihar olub.

Yenicag.az xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Qəçrəş qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisindəki kafelərdən birində ofisiant işləyən, 1997-ci il təvəllüdlü Kamal Bəxtiyar oğlu Xanmədov kafedə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

COP29