Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Oğuz köklüyük - Azərbaycanla tariximiz, dinimiz birdir” - Türkmənistan səfiri ilə EKSKLÜZİV VİDEOMÜSAHİBƏ

Reklam: Sinerji Pro

“Türkmənistan üçün Azərbaycan sadəcə qardaş ölkə deyil, həm də strateji müttəfiqdir”.

Bu fikirləri Yenicag.az-a eksklüziv müsahibəsində Türkmənistanın ölkəmizdəki səfiri Mekan İşanquliyev deyib.

Azərbaycan və Türkmənistan arasındakı ikitərəfli münasibətlərə toxunan səfir bu əlaqələrin hər keçən il daha da inkişaf etdiyini vurğulayıb.

Mekan İşanquliyev Azərbaycan və Türkmənistan arasında tarixi, kök və din ortaqlığının olduğunu xüsusi qeyd edib:

“Türkmənistan üçün Azərbaycan sadəcə, qardaş ölkə deyil, həm də strateji müttəfiqdir. Ölkələrimiz arasındaki əlaqələr əməkdaşlığın bütün sahələri üzrə inkişaf edir.

Əməkdaşlığımız hər keçən il daha da genişlənir. Azərbaycan Türkmənistan üçün çox önəmli ölkədir. Bizim tariximiz, kökümüz, dinimiz birdir. Biz Oğuz tayfalarındanıq.

Bu gün Türkmənistan qonşuları ilə çox önəmli layihələr həyata keçirir. Azərbaycan da bu ölkələrdən biridir”.

Səfirlə müsahibənin tam versiyasını təqdim edirik:

Cəmilə Çebotaryova

www.yenicag.az

822