Sumqayıtda dəhşətli hadisə baş verib.
Maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin “3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.
“Qafqazinfo” hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib.
Belə ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.
Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.
Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.(qafqazinfo)