Oğlu intihar etmiş qadın özünə qəsd etdi – Sumqayıtda

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, 1980-ci il təvəllüdlü Xurman Əzizova 14 mərtəbəli binanın damından özünü yerə ataraq intihar edib.

Fakt Sumqayıt şəhər Polis İdarəsi tərəfndən təsdiqlənib.

Sosial şəbəkədə yayılan məlumata əsasən X. Əzizovanın oğlu Faiq Rüstəmov bu ilin may ayında qəbul imtahanlarında aşağı bal topladığına görə özünü həmin binadan ataraq intihar etmişdi.