Oğlu “Qəbələ”də oynamış ukraynalı baş məşqçi: “Onlar qoyun və eşşək sürüsüdür”

Ukraynalı futbol məşqçisi, hazırda Tiraspol “Şerif”ini çalışdıran Yuri Vernidub işğalçılara qarşı döyüşür.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynanın Rusiya təcavüzündən madafiəsinə qatılan Yuri Vernidub hərbi xidmətindən danışıb.

Baş məşqçi son ana qədər Rusiyanın Ukraynaya qarşı müharibəyə başlayacağına inanmadığını deyib:

“İndi nə ilə məşğulam? Necə deyərlər, nə lazımdırsa, onunla… Gətirmək, hazırlamaq… İnanın, çətin işdir. Səhərdən axşama qədər işlə məşğuluq. İşimiz bundan ibarətdir ki, əsgərlərimizə lazım olan şeyləri gətirək və onlar da düşmənə “hədiyyə” göndərsinlər. Özüm də bilməzdim ki, bu işləri bacara bilərəm.

Müharibədən əvvəl kimsə mənə savaş olacağını desəydi, onu xəstə adlandırardım. Ancaq həyat belə gətirdi. Ürəyimdə nə hiss etdiyimi belə dilə gətirə bilmirəm. Görünür, mən bunlar (ruslar – red.) haqqında yaxşı fikirdə olmuşam. Lakin onları adam adlandırmaq da olmur. Onlar qoyun və eşşək sürüsüdür. Nəsə çox ağır şey çəkirlər, ya qəbul edirlər. O adamları dinləyəndə anlamaq olmur, xəstədirlər, yoxsa zombi. Nə ürəkləri var, nə də qəlbləri”.

Qeyd edək ki, Vernidubun oğlu Vitali 2015-18-ci illərdə “Qəbələ”nin şərəfini qoruyub.