!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğlu üçün arıqlayan ana

!Reklam – Yazi

79755

Türkiyədə 42 yaşlı qadın 17 ayda 80 kilo arıqlayıb.

İlk övladı dünyaya gələndən sonra türkiyəli qadın 60 kilodan 165 kiloya qədər kökəlib. Bundan sonra onun həyatı da ağırlaşıb; yeriməkdə çətinlik çəkib, psixologiyası pozulub.

Kiçik oğlunun valideyn iclaslarında yaşadıqlarından narahat olan qadın arıqlamağa qərar verib. O da digər valideynlər kimi iclaslarda iştirak etmək, uşaqları ilə maraqlanmaq istədiyini deyib.

“Ancaq valideyn iclaslarına gedə bilmirdim. Oradakı insanların baxışları məni narahat edirdi. Bu, mənim uşaqlarıma da təsir edirdi. Mən bunu hiss edirdim”, – deyə 42 yaşlı qadın bildirib.

Arıqlamaq üçün bir çox üsulları sınayan qadın uğursuzluqlara baxmayaraq, 80 kilo arıqlayıb. Qadın arıqlamaq üçün yediklərinə diqqət etdiyini və müntəzəm olaraq idmanla məşğul olduğunu, işinə də piyada getdiyini deyib. Onun hədəfi isə yenidən 60 kilo olmaqdır. Əvvəllər yeriməyə belə çətinlik çəkən qadın “indi yerimək, qaçmaq, sağlam həyat yaşamaq istəyirəm” deyib.

(anspress.com)

e7062d7c1546    35a106153cec

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv