“Oğluma yaxşı baxın” deyib, özünü dənizə atdı

Türkiyənin Antalya şəhərində intihara cəhd qeydə alınıb.

Yenicag.az xəbər verir ki, 35 yaşlı kişi uçurumdan özünü dənizə atıb.

O, intihara cəhd etməzdən öncə 6 yaşlı oğlunu parkda istirahət edən vətəndaşlara tapşıraraq “ona yaxşı baxın” deyib.

İddialara görə, şəxsin intihara cəhd etməsinə onun həyat yoldaşı ilə mübahisə etməsi səbəb olub.

Xoşbəxtlikdən xilasedicilər dərhal hadisəyə müdaxilə edib. Adı açıqlanmayan şəxs xəstəxanaya çatdırılıb.

COP29