!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oğluna toy etmək istəyən şəxs cərimələndi

!Reklam – Yazi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verib.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıblar. Toy məclisinin təşkilatçısı M.Əmirov və daha iki nəfər barəsində karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər.

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv